Zynga 2 aya 12 direktor itirib

Zynga şirkətini izləyirsinizsə son zamanlar onun idarəedici işçilərinin şirkəti tərk etdiklərini fərq etmiş olarsınız. İkinci rübün maliyyə göstəricilərinin gözləniləndən aşağı olması məlum olduqdan sonra şirkətdən qaçış kütləvi hal alıb. Veteran Con Şappert, City Villenin baş direktoru Alan Petmor, kreativ direktor Mik Verdu artıq şirkətin çalışanları arasında deyil. Bu siyahı hər gün daha da böyüyür.  Bu günlərdə şirkəti təhlükəsizlik xidmətinin rəhbəri Nils Pulman da tərk edib. Zynga özü işçilərin onu nə üçün tərk etdiklərini şərh etmkldən boyun qaçırdır. Bu yaxınlarda şitkərin məsul şəxsi bəyan etmişdi ki, Zynga şirkətində karyera yüksəlişi uzun müddət tələb edə bilər və işçilərin irəliləmək istəyi normal qarşılanmalıdır. Bu bəyanata baxmayaraq, idarəedici heyətin kütləvi işdən çıxmasını təkzib etmək mümkünsüzdür. Onların arasında CityVille, Empires & Allies, FrontierVille, FarmVille, Mafia Wars 2 və Draw Something məhsullarının hazırlanmasına cavabdeh insanlar da var.