ZTE Grand S: 5-düymlu ən nazik smartfon

CES 2013 sərgisində təqdim ediləcək və ən nazik 5-düymlu smartfon olacaq ZTE Grand S haqqında məlumatlar bir müddətdir yayılmaqdadır. İndi isə internetdə bu yeni cihazın bir neçə şəkli yayılmışdır.

zte-grand-s-sketch

İlkin məlumatlara görə ZTE Grand S 5-düymlu Full HD ekranlı smartfonun qalınlığı 7,6 millimetr olacaq. Yeni cihazın spesifikasiyalarını istehsalçı hələki sirr olaraq saxlayır. Ehtimal olunur ki, 4 nüvəli prosessor Snapdragon S4 Pro, 2 Gb operativ yaddaş və 13 Mp kamera ilə təchiz olunacaq. ZTE haqqında bütün digər məlumatlar 8 yanvar tarixində CES 2013 sərgisi çərçivəsində açıqlanacaq.