Zombilərlə mübarizədə sağ qalmaqla bağlı yeni oyun: State of Decay

Zombi oyunlarına daha bir üzv əlavə olunur. Undead Labs adlı firmanın istehsal etdiyi State of Decay zombilərlə mübarizədə sağ qalmaqla bağlı oyunlardan daha biridir və bu oyunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.

Son dövrlərdə həm film, həm də oyun sektorunda özünə yer edən zombi mövzusu, yeni bir layihə ilə yenidən qarşımıza çıxmağa hazırlaşır. İlk dəfə 2011-ci ildə Class 3 adı ilə təqdim olunan bu oyun, 2012-ci ilin ortalarına yaxın forması və adı dəyişdirilərək indiki adını aldı. Sizin öz seçimlərinizə, qərarlarınıza görə bir dünya təqdim edəcək State of Decay-da öz tərəfinizi seçə biləcək, yemək və mərmiyə ehtiyacınız olacaq və digər insanları xilas edə biləcəksiniz. Bundan əlavə xilas etdiyiniz insanın başqa heç kəsdə olmayan bir qabiliyyəti olacaq və bu insanları da siz özünüz idarə edə biləcəksiniz. Oyunun məqsədi özünüzə bir qrup yığaraq sağ qalmağa çalışmaq olacaq. State of Decay Arma 2-ni əsas tutaraq yola çıxan DayZ-in bənzəri olacaq. Ümüd edirik ki, War Z kimi bərbad bir oyun olmayacaq. State of Decay 2013-cü ilin iyun ayında PC və XBLA üçün çıxarılacaq.