BlackBerry Z10 rekordları təzələyir

BlackBerry şirkətinin köhnə hesabatlarına inansaq BlackBerry Z10 istifadəçilər tərəfindən çox müsbət qarşılanıb və şirkətin əvvəlki rekordlarını qıraraq satışda gözəl start götürüb. Kanadada ilk satış günü iki gün öncə olub və BlackBerry smartfonunun indiyənə kimi şirkət üçün ən yaxşı satış startı olub.

Dəqiq rəqəmlər açıqlanmasa da, Z10-a olan tələb şirkətin Kanada ərazisində bütün satış tarixi boyunca digər cihazlara olan tələbindən 50 faizdən daha çox olub. Bu mənada BlackBerry (əvvəlki adı RIM) şirkətinin sevinmək üçün səbəbləri var.

Eyni zamanda Böyük Britaniyada da BlackBerry Z10 çox isti qarşılanıb və şirkət yeni cihaz ətrafında xoş ajiotajın yarandığını müşahidə etməkdədir. Xoş ajiotaj dedikdə indiyənə kimi buraxılmış BlackBerry smartfonları arasında bu modelin ilk həftədə 3 dəfə daha çox satışının baş tutması nəzərdə tutulur.

Z10 cihazı ABŞ-da satışa mart ayından çıxarılacaq.