YouTube-dan canlı yayımla bağlı yenilik!

YouTube bir müddət əvvəl saytdan birbaşa canlı yayım etmək xidmətini istifadəçilərinə təqdim etmişdi.

YouTube etdiyi bu yenilik istifadəçiləri tərəfindən xeyli bəyənilmişdi ki, YouTube canlı yayım ilə bağlı işlərini genişləndirməyi qərara alıb.

Belə ki, YouTube yaxın gələcəkdə televiziya kanallarına canlı yayım etmək xidmətini təklif etməyi planlaşdırır.

Məlumata görə, bu xüsusiyyətdən ilk olaraq ABŞ-ın dünyaca məşhur ESPN, ABC, CBS kimi kanallarda sınaqdan keçiriləcək.

Bununlada YouTube Amazon və Neftlix kimi şirkətlərə bir növ rəqib olacaq.