YouTube-da yeni mesajlaşma xüsusiyyəti!

YouTube-da bir videonu izləyib bəyəndikdən sonra başqa bir dostunuza göndərmək istəsəniz linki kopyalayıb başqa bir proqrama daxil olub göndərmək məcburiyyətindəsiniz. Ancaq bu vəziyyət tezliklə dəyişəcək.

Belə ki, YouTube tezliklə proqram daxili mesajlaşma xidmətini istifadəyə verəcək. Beləliklə, YouTube-dan çıxmayaraq istədiyiniz videonu başqa birinə göndərmək mümkün olacaq. Mesajlaşma xüsusiyyəti hazırda test mərhələsindədir.

Xüsusiyyətin dəqiq olaraq hansı tarixdə təqdim olunacağı bilinməsədə bu yeniliyin YouTube videolarının baxış sayını artıracağı dəqiqdir.