YouTube-da diqqət etməli olduğumuz gizli təhlükə!

YouTube Google tərəfindən satın alındıqdan sonra çoxlu dəyişiklilərə məruz qaldı. İstifadəçi sayına görə dünyanın ən çox ziyarət edilən internet saytalarının başında gələn YouTube artıq demək olar ki, bütün platformalarda bütün yaş qruplarından olan istifadəçilərə xitab edir.

Bu da istər-istəməz görünməz təhlükəsizlik boşluqlarına səbəb olur. Belə ki, bildiyiniz kimi hər bir cihazda virtual assistent mövcuddur. Və YouTube-da izlədiyimiz videolarda səslənən sözlər səsli assistenti aktivləşdirə bilər.

Bundan pis əməllərini həyata keçirmək üçün istifadə etmək istəyən şəxslər isə  “OK Google” və “Hey Siri!” kimi ifadələrlə başlayan cümlələrdə telefonlarda müəyyən yönləndirmələr edə bilərlər. Bununlada telefonunuz virusla dolu zərərli saytalara daxil ola bilər.

Bu təhlükədən yan keçmək üçün telefonunuzun səsli assistentini offline rejimə keçirmək məqsədəuyğundur.