Yeni YouTube GoogleTV tətbiqetməsi

YouTube şirkəti ötən günlərdə Android tətbiqetmə (app) bazarına ( PlayStore) öz yeni təkmilləşdirilmiş versiyasını təqdim etmişdir. Yeni Youtube tətbiqetməsi sayəsində artıq Android mobil telefon və planşet istifadəçiləri bir toxunuşla izlədikləri videoları asanlıqla Apple TV ekranlarına tam ölçüdə əks etdirə bilərlər. İzlənən videonun böyük ekrana keçirilməsinin əsas tələbi Android mobil cihazın və AppleTV-nin eyni Wi-Fi şəbəkəsinə qoşulmasıdır.

YouTube şirkətinin Məhsul üzrə meneceri Timbo Drayson-un verdiyi açıqlamaya əsasən yeni tətbiqetmənin əsas məqsədi Android cihazları ilə GoogleTV arasındakı əlaqə yaratma prosesinin maksimal asandlaşdırılması və qoşulma vaxtının minimallaşdırılmasıdır.