Yeni Xbox mayın 21-də nümayiş olunacaq

Microsoft korporasiyası Xbox oyun konsolunun növbəti nəslinin təqdimatının keçirilməsi tarixini müəyyənləşdirib. Təqdimat mayın 21-də korporasiyanın Redmond şəhərində yerləşən mənzil-qərargahında olacaq.

Microsoft nümayəndələri təqdimatda nümayiş olunacaq konsol, eləcə də onun rəsmi adı barədə ətraflı məlumat verməyiblər, Lenta yazır.

Bundan əvvəl KİV-də qurğunun qiymətinin 300-500 dollar arasında olacağı barədə məlumat yayılmışdı. Bundan başqa, konsolun daima internetə qoşulmasının tələb olunacağı güman edilirdi.

Qurğunun əvvəlki modeli – Xbox 360 2005-ci ilin sonunda satışa çıxarılıb. İndiyədək dünyada 77 milyondan çox belə cihaz satılıb.

Mənbə: http://www.mincom.gov.az