Yeni Windows 10 yenilənməsi milyonlarla vebkamerada problem yaratdı

Problem Windows 10-un yeni vebkamera kodlaşdırmasından yaranıb. Həmçinin USB tipli kameralarda da donma problemi yaranıb.

Bu problemi aradan qaldırmaq mümkündür:

  1. Start menyusunda “regedit” axtarış verib Enter basırıq.
  2. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows Media Foundation\Platform qovluğunu seçirik.
  3. Platform qovluğunun üstündə sağ düyməni klikləyib New > DWORD seçirik. Adı bu formada dəyişirik: “EnableFrameServerMode”
  4. New value bölməsində sağ düyməni basıb “Modify” seçirik
  5. “Value data” bölməsində “0” yazırıq.
  6. HKEY_LOCAL_MACHINE\SOFTWARE\WOW6432Node\Microsoft\Windows Media Foundation\Platform seçirik.
  7. 3-5 bölmələrini təkrarlayırıq.

sso4duvaszcbvulbrlmu

Mənbə: Twitter (Rafael Rivera)