Yeni televiziya və radio kanalları artıq Azerspace-1-də

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın Maestro TV və Saperavi TV kanalları ilə kommersiya yayımınna dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən Azerspace-1  peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, Maestro kanalı 1995-ci ildə təsis edilib. Gürcüstan əhalisi arasında populyar olan bu kanal vasitəsilə gürcü dilində əsasən, ictimai, siyasi, iqtisadi, idman, musiqi, mədəniyyət və uşaq verilişləri, sənədli filmlər və seriallar nümayiş olunur. Saperavi TV-də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımanır.

Peyk operatoru, həmçinin, Türkiyənin RS FM  radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi  radio kanal Azerspace-1 peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.