Yeni Surface modeli oktyabrda təqdim oluna bilər

NOD.az ZDNet-ə istinadən bildirir ki, Microsoft Surface oktyabrda yeni modelini təqdim edə bilər. “Cardinal” kod adı ilə bilinən yeni Surface modeli, masaüstünüzü studiyaya çevirməyə söz verir.

Yeni modelin texniki xüsusiyyətləri və dəqiq təqdimat tarixi barədə Microsoft şirkəti heç bir şərh bildirməsə də, yeni modelin daha sürətli prosessora, yeni texniki imkanlara, yeni kompüter oyunları rejiminə malik olacağı proqnozlaşdırılır.