Sony Xperia C670X yeni smartfon Xperia Z-i əvəz edəcək

Yaxın zamanlarda Tokioda yerləşən ştabını satmağa məcbur olan Sony şirkəti deyəsən bütün resurslarını, gücünü mobil cihaz bazarında özünü genişləndirməyə yönəltmək istəyir. İnternetə artıq bu ilin yayında satışa çıxacaq Sony Xperia C670X smartfonu haqqında məlumatlar yayılıb. Cihaz Android 4.2 Jelly Bean əməliyyat sistemində çalışacaq.

İlkin məlumata görə Sony Xperia C670X bir kristallı Snapdragon 600 APQ8064T sistemi üzərində olacaq və 4,8-düymlu 1080p genişlikli ekranla təchiz ediləcək. Ehtimallara görə yeni cihaz Xperia Z(şifrəli adı C660X) flaqmanının varisidir. Sony Xperia C670X  cihazının əsasını təşkil edən bir kristallı Snapdragon 600 APQ8064T sisteminə dörd-nüvəli prosessor (1,8 GHrz) və Adreno 320 qrafik daxildir. Operativ yaddaş həcmi 2 Gb, daimi yaddaş isə 32 Gb-dır.

Xperia Blog resursunun məlumatına görə Xperia C670X smartfonu da 13 Mpix genişlikli yan kamera ilə təchiz ediləcək.