Yeni Nəsil Sensor Ekran

Hazırda texnoloji cihazlarda sensorlu və ya 3 ölçülü ekranlardan geniş miqyasda istifadə olunmaqdadır. İndi isə bu iki fərqli ekran tipi birləşdirilir. Qeyri-adi görünsə də, istifadəçilərin çimdikləyə, üstündən basa və ya darta biləcəyi bir ekran gəlir: “OBAKE”
Massaçusets Texnologiya İnstitutunun (MİT) mediya laboratoriyasında tam hazırlanmış Obake-ni Dhairya Dand və Rob Hemsley hazırladı. Eyni adlı məşhur yapon əfsanəsinin adını daşıyan layihə sensorlu ekran, Ağıllı televizor və ağıllı telefonlara yeni bir ölçü qazandıra bilər.
Canlı varlıqlara çox bənzəyən görüntülər
Elastik bir quruluşa sahib olan bu yeni tərz ekranın üstünə basa, darta bilərsiniz. Layihənin prototipində görüntü elastik bir quluşua sahib ekrana proyektor əvəzi də işlətmək imkanı verir.
Proyektordan gələn işıq və ekranın aldığı forma sayəsində həqiqətdəkinə çox yaxın görüntülər verən bu yeni ekran hələ ki mobil telefonlarda istifadə oluna biləcək qədər təkmilləşdirilməyib.
Lakin mobil telefonların da yeni çıxdığında çox fərqli layihələr nəticəində meydana çıxdığını nəzərə alsaq, Obake-nin də yaxın gələcəkdə həyatımızın mühüm bir hissəsinə çevriləcəyi özünün çox gözlətməyəcək.
“Obake”-nin mənası
Yapon dilində bir termin olan “obake” yapon mədəniyyətində fövqəltəbii hadisələrin bəhs olunduğu mif və dastanlara verilən ümümi addır. Hərfi mənasi isə “dəyişən şey” məənasınında istifadə olunur. Obake-lərdə əsasən, dünyanın yaranışı haqda bəhs olunur.