Yeni Microsoft Surface tabletinin bu ilin sonlarında istehsalına başlanılacaq

Wall Street Journal-ın verdiyi məlumata əsasən Microsoft yeni istehsal edəcəyi Surface  tabletinin ölçüsünü  7 düyümə qədər azaldacaq.

Yeni 7 düyümlü Microsoft Surface tabletinin istehsalına  bu ilin sonlarına yaxın başlanılacaq lakin, Microsoft şirkəti tabletin özəllikləri  haqqında heç bir məlumat verməyib.

Microsoft özünün istehsal etdiyi 10.6 düyümlük Surface tabletinin daha kiçik versiyasını istehsal edərək bu sahədə öz rəqiblərini geridə qoymağı hədəfləyir. Onuda xatırladaq ki, Apple, Samsung və Google təxmini bu ölçülərə yaxın tabletlər istehsal ediblər.

Wall Street Journal həmçinin Microsoftun yeni bir telefon üzərində işlədiyini və həmin telefonun artıq test edilmə mərhələsində olduğunu xəbər verib