Yeni mesajlaşma servisi “MessageMe”

“MessageMe” pullu bir proqram olmasına baxmayaraq, ən çox istifadə edilən mesajlaşma xidmətlərindən  biri olan Whatsapp’ın ən böyük və sürətli yayılan rəqibi “MessageMe”yi biz də sınadıq …

Əgər istəsəniz həm “E-mail” vasitəsilə, həm də   “Facebook” hesabınızla qeyd ola bilərsiniz. Rəhbərinizdəki olan kəslər avtomatik olaraq “MessageMe”yə əlavə olunur. Nömrəsi sizin rəhbərinizdə  olmayan yoldaşlarınızı, BBM’de olduğu kimi Pin nömrələri ilə əlavə edə bilərsiniz. “Facebook” və ya “E-mail” vasitəsilə də yoldaşlarınızı əlavə etmək mümkündür.

“MessageMe”d’, IOS istifadəçilərinə xüsusi musiqi göndərmə variantıda  vardır. iTunes üzərindən yoldaşlarınızla sevdiyiniz musiqiləri paylaşa bilərsiniz. Bunun yanında Android və IOS platformasında Foto, video, şəkil çəkmə, səs qeydi və mövqe məlumatları kimi multimedia xüsusiyyətlərindən də istifadə edə bilərsiniz.

Həmçinin  “MessageMe” istəsəniz tabletinizə də qura bilərsiniz. Bildiyiniz kimi “Whatsapp” tabletlərə uyğun deyil. Bu mövzuda “MessageMe” bir addım qabaqdadır deyə bilərik.

Alternativ bu  mesajlaşma proqramını pulsuz olaraq AppStore və Google Play Storedən yükləyə bilərsiniz.