Yeni Facebook Tətbiqetməsi Daha Sürətli

Bir çox Facebook tətbiqetməsi (app) istifadə edən iPhone və iPad istifadəçiləri sürət problemi və bir sıra qüsurlardan şikayət edirdi. Facebook yeni xəbərlə bütün Apple istifadəçilərini sevindirdi. Bir-iki yenilik əlavə etmək yerinə şirkət tətbiqetməni tamamilə sıfırdan təkmilləşdirib.

Yeni Facebook tətbiqetməsi şirkətin baş ofisindəki nümayiş zamanı köhnə versiyadan ən az iki dəfə sürətli yüklənib. Artıq şəkillərin yüklənməsi də daha sürətli baş verir. Öncədən mümkün olmamasına baxmayaraq artıq istifadəçilər şəkillərdəki şərhləri (comment) bəyənə (like) biləcəklər. Mühəndislər bir sıra ən az istifadə olunan xüsusiyətləri yığışdırıblar. Məsələn tətbiqetmənin üfüqi istifadəsi.

Bütün bu yeniliyə baxmayaraq hələ də Facebook və Instagram inteqrasiyası haqqında bir şey deyilməyib. Hüquqi məsələlər tam həllini tapmadığı üçün hələ də belə bir yenilik əlavə edilməyib. Güman edilir ki, proqramçılar yaxın gələcəkdə mümkün ola biləcək inteqrasiyanı nəzərə alıblar.

Yeni Facebook tətbiqetməsi şirkətin rəsmi səhifəsindənApple Store-dan pulsuz yüklənə bilər. Tətbiqetməni yenilədikdən sonra bizimlə fikirlərinizi bölüşməyi unutmayın!