Yeni Facebook oyununda Şirinləri xilas edin

Ubisoft Facebook üçün tərtib etdiyi bu oyunda oyunçular şirinlərdən biri kimi Şirin kəndinə qoşula bilərlər.

Oyunçular şirinlərin əzəli düşməni Gargamelin cadusu nəticəsində daşa dönən şirinlərin kəndini yenidən qurmalıdır. Oyunçu lənətdən xilas ola bilən yeganə şirindir.

Oyunçular daşa dönmüş şirinləri lənətdən azad edərkən həmçinin, ev tikə, bitki toplaya və əkin sahələri  əlavə edə bilərsiniz. Social xüsusiyyətlərə sahib olması dostlarla komanda qurmağa da imkan verir.

The Smurfs and Co: Spellbound oyunu Şirinlər 2 animasiya filmi ilə bağlıdır.