Yeni cüt ekranlı “BlackBerry”

Ağıllı telefon dünyasına etdiyi uğurlu  girişdən sonra bir müddət durğunlaşan və səssizliyini qoruyan BlackBerry, yaxın zamanda fərqli bir texnologiya ilə qarşımıza çıxa bilər.

Son günlərdə tez-tez gündəmə gəlməsinin səbəbi isə etdiyi patent müraciəti oldu.

BlackBerry, etdiyi patent müraciəti ilə tamamilə fərqli bir texnologiyanı təqdim etmək istəyir. Son günlərdə ən çox danışılan mövzulardan biri də BlackBerry şirkətinin etdiyi cüt ekran patenti müraciəti oldu. Bu cüt ekran istifadəsində israrçı olmasının səbəbi isə klaviaturadakı iddiasını hər kəsə göstərə bilməkdir. “Qwerty” klaviaturalı modelləri ilə bütün dünyanı sarsıdan hətta bu klaviaturanın marka ilə inteqrasiya olunmasını təmin edən BlackBerry, cüt ekran texnologiyası ilə klaviatura mövzusunda yeni müvəffəqiyyətini nümayiş etdirmək  istəyir.