Audi A8 texnologiya maşını

Yeni Audi A8 əsl texnologiya maşınıdır

Ötən günlərdə alman avtomobil istehsalçısı Audi yeni innovativ modeli olan Audi A8 modelini təqdim etdi. Yeni modelin tamamilə innovativ əyləncə mərkəzi, tam aktiv elektrik suspensiya sistemi və hibrid mühərriyi ilə yanaşı, avtomatlışdırılmış olması diqqət çəkir. Yeni Audi A8 modeli satışa çıxarıldığı zaman indiyə kimi ən yüksək avtomatlaşdırmaya malik avtomobil olacaq. Bu o deməkdir ki, sürücüsüz avtomobil adına tam layiq olacaq.

Yeni Audi A8

Digər sürücüsüz avtomobillərdən fərqli olaraq yeni Audi A8 modeli ən yavaş hərəkət zamanlarında və tıxaclar zamanı belə avtomatik idarəni ələ ala bilir. Yeni modelin sürücüsüz avtomobil istehsal edən bir sıra iddialı rəqbilərindən daha iddialı addım atdığını demək olar və bu yeni model artıq ən gözlənilən avtomobil yeniliklərindən olacaq.

Yeni Audi A8