Yaponların qeyri-adi şifrə qoyma metodu

Yaponların qeyri-adi şifrə qoyma metodu

PC-nizdə şifrənizi dəyişərkən gözlərini ekrana dikib şifrənizi öyrənmək istəyənlərin nəzərinə : Bu metod heç ürəyinizdən olmayacaq.

Yapon mütəxəssisləri online saytlarda şifrənizi daxil edərkən sizi ekranınıza baxan şəxslərdən qoruyacaq yeni və olduqca maraqlı bir üsul kəşf edib.

Japon Science and Technology ( Yaponiya Elm və Texnologiya) – nın yeni qeyri-adi metodu ilə siz ekran klaviaturası vasitəsilə şifrəyə daxil edərkən ekranda bir neçə mouse oxları meydana gəlir, bununla da yanınızdakı şəxs ekranda olan qarışıqdan baş aça bilmir. Saxta oxlar müxtəlif istiqamətlərdə hərəkət etdiyi üçün qıraqdan baxan adamın həqiqi şifrəni ayırd etməsi olduqca müşkül məsələyə çevrilir. Buna baxmayaraq, YET mərkəzinə görə parolu yazan şəxs onu çox rahatlıqla ayırd edə bilər.

YET mərkəzinin İgarashi Design İnterface Project –dən Keita Watanabe belə qeyd edir ki, “sistemdən istifadə etdiyinizə çox təəccüblü bir şəkildə hansının sizin həqiqi şifrəniz olduğunu anlaya bilirsiniz. Ancaq yanınızda olan şəxslər hansı şifrənin həqiqi olduğunu bilmirlər”.

Tədqiqatçılar hazırda bu texnologiyanı fərqli sahələrinə tətbiq etmək üçün vasitələr axtarırlar.