Yağışda mahnı oxuyan çətir

Yağışda mahnı oxuyan maraqlı çətir

Yağışın altında qalmaq belə artıq başqa bir həzz verəcək.

Dong Min Park-ın hazırladığı Rain Drumbrella adlı çətir yağışlı havada darıxan insanların kefini qaldırır, onlara yağışı sevdirir və yağışlı havanın çətinliklərini xoş bir əyləncəyə çevirir.

Çətiri hazırlayan Park, çətirin üzərini mum və parça ilə örtərək yağış yağdığı zaman çətirin üzərinə düşən hər bir damcının fərqli səs tembirində və tezlikdə səs çıxarmasını təmin etmişdir.

Bu çətirdən istifadə edənlərin fikrincə səslər daha çox baraban səsini xatırladır və çox əyləncəli bir məşğuliyyətdir.