Xəyalları gerçəkləşdirən ekran

Virtual aləmə daxil olmaq əvvəllər heç bu qədər “real” olmamışdı.

Los Angelesdəki Art Center College of Design-da oxuyan Jayne Vidheecharoen diplom işi olaraq qəribə bir layihəyə imza atdı. Əlinizi qarşısında monitor olan bir qutuya salırsınız və əliniz monitorun virtual məkanının bir parçasına çevrilir, hətta həmin aləmdəki əşyalarla da əlaqələnir. Tam olaraq virtual gerçəklik deyil, paralel gerçəklik olaraq adlandıra biləcəyimiz texnologiya parlaq gələcək vəd edir.

Mexanizmin çalışma prinsipi əslində çox sadədir. Ehtiyacınız olan, sadəcə, monitor, yaşıl pərdə və webcamdır. Əlinizi qutuya saldığınızda webcam əlinizi tanıyır və arxadakı yaşıl pərdəyə də istədiyiniz görüntünü əlavə edə bilərsiniz. Jayne layihəsində arxa plan olaraq Google Streetview-dan alınmış bir görüntüdən istifadə etmişdi.

İstədiyiniz əşyaları da qutunun içərisinə qoya bilərsiniz. Toxunmalı səth və RFID barkodları vasitəsilə əşyalar sistem tərəfindən tanınır. İstəsəniz, iki və  daha artıq “keçid ekranı” bir-birinə bağlayaraq dostlarınızla bərabər virtual aləmə hökm edə biləriniz.
Təbii ki, bu texnologiya tezis layihəsi olduğu üçün hazırda satılmır və istehsal olunmur. Lakin əlinizlə virtual dünyaya hökm etmək fikri çox əyləncəli görünür.