Xəyallar gerçəkləşir

KickStarter layihəsi olaraq həyata keçirilən bu texnologiya  ilə mobil telefonlarda 3D texnologiyasını eynəksiz  yaşamaq artıq xəyal deyil.

HTC-nin 3D vo modelindən daha fərqli bir texnologiya təqdim  edən bu yeni ekran filmi formunda layihənin adı EyeFly 3D-dir. Temasek Polytechnic firmasnın 2 illik tədqiqatlarının nəticəsində meydan gələn bu ekran flmi normal ekran filmindən çox da fərqli görünməsə də, iki ekran filminin ortasına yerləşdirilmiş çox sayda nano linza ilə sağ və sol gözə fərqli görüntülər göndərə bilər.

EyeFly 3D Vid proqramı ilə videolar, EyeFly 3D lmg proqramı ilə də şəkillər 3D özəlliyi qazanır. Hazırda sadəcə iPhone 5 və 5-ci nəsil iPod Touch ilə istifadə edilə bilən ekran filmi aprelin 2-dən etibarən 34.95 dollara Amerikada satışa çıxarıldı.