Xəyal gerçək olur

Cibinizin formasını alan elastik telefona sahib olmaq xəyalı artıq çox da uzaqda görünmür, bu ilin sonlarında bu xəyal gerçəkləşə bilər.

Wall Street Journal-ın verdiyi xəbərə görə LG 2013-cü ilin sonlarında qatlana bilən OLED ağıllı telefonu satışa çıxara bilər.

WSJ-nin məlumatına görə LG-nin mobil sektor rəhbəri Yoon Bu-hyun şirkətin ilk elastik OLED mobil telefonunun bu ilin son rübündə təqdim edəcəyini bildirdi. LG Display tərəfindən istehsal edilən qatlana bilən ekranlar şirkətin uzun müddətli araşdırmalarının nəticəsidir.

LG-nin  yeni telefonunun dizaynının, görünüşünün necə olacağı hələ tam olaraq bilinmir.

LG-nin rəqibi Samsungun da elastik ekranlara olan diqqətini, elastik telefon istehsal etmək istədiyi məlumdur. Əvvəllər belə bir cəhd göstərməyən LG-nin necə bir məhsulla qarşımıza çıxacağını zaman göstərəck.