Xətai “ASAN xidmət” mərkəzi açılıb

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

 

Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və “Asankart” barədə məlumat verilib.

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərilib.