Xbox 720 konsolunun prosessoru artıq hazırdır

Yeni oyun konsolu Xbox 720 üçün prosessor hazırlanması tamamlanmaqdadır.  Bu o deməkdir ki, yeni nəsil Xbox cihazların kütləvi istehsalı üçün Microsoft bütün lazım olan komponentlərə sahibdir.

Son xəbərlərə görə Xbox’un ictimaiyyətlə əlaqələr üzrə meneceri Larri Xrib, həmçinin Mayor Nelson təxəllüsü ilə tanınır, öz şəxsi bloqunda saat yerləşdirib. Çoxlarının fikrincə bu E3 oyun sərgisi zamanı təqdim ediləcək yeni Xbox 720 cihazının təqdimatına qədər olan vaxtdı. Ona görə oyun sevərlərin şansı var, ola bilsin bu yay yeni konsol artıq çıxsın.

Eyni zamanda SemiAccurate portalı yazır ki, yeni nəsil Xbox üçün çip artıq hazırdır və yaxın gələcəkdə artıq istehsala buraxılacaq. Əgər çiplərin istehsalı başlasa Microsoft şirkətinin Xbox yığımını başlaması ehtimalı böyükdür.

İndi hər şey Microsoft şirkətindən asılıdır. O, cihazın çıxışı zamanını təyin etməli, yığımı zamanı problemlə qarşılaşmamaq üçün tədbirlər görməlidir.