Xbox One-un detalları

Microsoftun bu həftənin əvvəlində təqdim etdiyi Xbox One-un detallı videosu oyun dünyasına nümayiş etdirildi.

Microsoft vəd etdiyi tarixdə oyun dünyasına təqdim etdiyi Xbox One modelinin nümayiş etdirildiyi tədbirdən sonra Full HD videosu da yayımlandı. Amerikada aparılan sorğuda 98% səs çoxluğu ilə PS4-ü geridə qoyaraq oyun dünyasının lideri olduğunu təsdiqlədi.

All in One( Hər şey bir Arada) sistemini öz oyun konsollarında tətbiq etmələrindən bəhs edən Microsoft televizoru, sosial medianı, oyun həyəcanını, musiqi və Blu-Ray filmləri tək bir məhsulda birləşdirmək istəyib. Konsolun yanında veriləcək Kinect və GamePad sayəsində vaxt itirmədən gələcəyə  addım ata bilərsiniz

Xbox One bu ilin payızına kimi bütün dünyada satışa çıxarılacaq. Xüsusi olaraq 15 oyunla birlikdə təqdim olunacaq Xbox One-un yayımlanan videosunu izləyə bilərsiniz.