Xbox 720-nin may ayında təqdimatı keçiriləcək.

Texnologiya dünyasıda gəzən xəbərlərə görə Playstation 4-ün ən böyük rəqibi olan Xbox-un yeni versiyasının 21 May tarixində istifadəçilərə təqdim olunacağı bildirilir. Sony-nin 21 Fevralda təqdimatını keçirdiyi və payızda bazara çıxarmağı planlaşdırdığı Playstation 4-dən sonra yeni Xbox 720-nin də 21 Mayda təqdimatının keçiriləcəyi bildirildi.

The Verge saytının verdiyi məlumata görə kod adı “Durango” olan konsolun bu ay təqdimatının keçirilməsini planlaşdırılırdı lakin təqdimat bir ay sonraya təxirə salındı. The Verge, Xbox 720 adını daşıyacağı gözlənilən konsolun da PS 4 kimi payızda bazara  çıxarılacağını bildirib. Microsoft yeni konsolu haqqında heç bir məlumat verməyib. Ancaq PS 4-də olacağı kimi Xbox 720-də də istifadə olunmuş oyunların işləməyəcəyini və internetə bağlanma kimi özəlliklərinin olacağı söylənilir.

Ayrıca olaraq  Sony-nin sadəcə joystick-ini tanıtdığı PS 4 kimi Microsoftun da may ayında təşkil edilməsi gözlənilən tanıtımda yeni Xbox 720-ni tam olaraq istifadəçilərə təqdim etməyəcəyi iddia edilir. Yeni konsolun Los Angeles-də təşkil ediləcək Electronic Entertainment (EA) sərgisində təqdim ediləcəyi gözlənilir.