Xakerlər 8 noyabr tarixindən etibarən Windows 10 sisteminə hücum edə bilər

Google Windows 10 əməliyyat sistemində aşkara çıxardığı boşluq barədə məlumat paylaşandan sonra mühüm dəyişikliklər baş verdi. Windows 10, 8 noyabr tarixindən etibarən kiberhücumlara məruz qala bilər.

Google şirkətinin tapdığı bu boşluq barədə xəbəri Microsoft şirkəti də təsdiqləmişdi. Bəzi rus xakerlər Windows 10 əməliyyat sisteminə Adobe Flash Player vasitəsilə hücum edərək ABŞ vətəndaşlarının bəzi məlumatlarını ələ keçiriblər. Bu hücumdan sonra Microsoft şirkəti xəbəri təsdiqləyib və bu problemi aradan qaldırmaq üçün 8 noyabr tarixində əməliyyat sisteminə yeni funksiyaların gələcəyini açıqlayıb. Bu yeni funksiyalar isə təhlükəsizlik baxımdan mühüm dəyişiklikdir. Lakin bu yeni funksiyalar 8 noyabr tarixində istifadəyə veriləcək və bu müddətə kimi xakerlər sui istifadə edərək yenidən hücumlar həyata keçirə bilərlər.