Windows üçün Youtube : MetroTUBE

Nokia Lumia ilə birlikdə istifadəçi sayını artıran Windows Phone 8 hər kəsi məmnun etmək üçün çatışmazlıqlarını aradan qaldırmağa çalışır. Istifadəçilərin yaşadığı ən böyük problem isə Youtube-un öz tətbiqetməsi olmadığı üçün brauzerdən istifadə edilməsi idi. Windows Phone istifadəçilərinin ən böyük  bu tələbini isə Microsoft həll etdi.

Windows Phone istifadəçilərin daha sürətli və rahat istifadə edə biləcəkləri  yeni tətbiqetmənin adı isə MetroTUBE-dur. Sınaq mərhələsində müəyyən istifadəçilərdən müsbət fikir almasının ardından Windows təsisçiləri bu sahədə işləri sürətləndirdi.  Asılılıq yaratdığını bildirən istifadəçilər tətbiqetmənin bazara çıxarılmasını səbirsizliklə gözləyirlər. LazyWorm Applications –un dəstəyi ilə yaradılan WP Youtube tətbiqetməsinə  Windows-un Metro(RT) interfeysindən də istifadə ediləcək, lakin buna baxmayaraq, istifadəçilər RT interfeysini o qədər də xoş qarşılamırlar.

Tətbiqetmənin pulsuz olacağı da məlumdur.