Windows Phone smartfonları ümidləri doğrultmur

ComScore agentliyi 2012-ci ilin 4-cü rübü üçün ABŞ smartfon bazarı haqqında maraqlı hesabat açıqlayıb. Ən gözlənilməz məqam platformanın yeni versiyasının çıxmasına və aqressiv reklam kompaniyalarına baxmayaraq Windows Phone bazarda payını itirməkdə davam edir.

Bir müddət öncə Stiv Balmer demişdir ki, Windows Phone 8 sistemli cihazlar daha öncəki sistemdə olan cihazlardan 4 dəfə daha yaxşı satılır. Bununla belə daxili bazarda Microsoftun nəticələri ürəkaçan deyil. Sentyabr ayında ümumi bazar payı 3,6 faiz təşkil edirdisə, ilin axırına bu 2,9 faizə qədər düşmüşdür. Təbii ki, şirkətin digər bazarları da var, amma hər halda Microsoft ABŞ bazarından daha çox nəticə gözləyirdi.

Liderlərə gəldikdə burada sürpriz heçnə yoxdur. Digər bazarlarda olduğu kimi, ABŞ-da da istifadə olunan əsas cihazlar Apple və Samsung’du (Galaxay xətti məhsullar). Ümumilikdə götürdükdə 36.3 faiz iOS, 53.4 faiz isə Android smartfonlarının payına düşür. Blackberry platforması 2 faiz itirərək 6.4 faizə düşüb. Ən stabil Symbian sistemi olub, o sentyabr ayında olduğu ki, ilin axırında da 0.6 faiz səviyyəsində qalıb.