Windows Phone 8 üçün Skype

Microsoft şirkəti mobil əməliyyat sisteminin buraxılışından iki həftə sonra Skype üçün ilkin versiya tətbiqetməni xidmətə verdi. İlkin Windows Phone 8 istifadəçilərinin şikayətlərindən sonra Microsoft şirkəti Inquirer-ə bildirib ki, yaxın zamanda Skype tətbiqetməsi çıxacaq.

Görünən odur ki, Microsoft şirkəti öz vədinə sadiq qaldı. Artıq Skype tətbiqetməsini Windows Mağazasından yükləmək mümkündür.

Şirkət israrla qeyd edir ki, hazırki məhsul tam versiyanın ilkin variantıdır və bir sıra funksiyalarda problemlərlə qarşılaşmaq mümkün ola bilər. Xüsusilə də People Hub və bir sıra pərdə arxası funksiyalarda nasazlıq olma ehtimalı var. Buna baxmayaraq bir sıra mütəxəssislər artıq Skype tətbiqetməsini öz Lumia 920 telefonlarına yükləməyə nail olublar və heç bir problem nəzərə çarpmayıb.

Funksiyaları və özəllikləri baxımından tətbiqetmə heç də öz Android və iOS rəqiblərindən fərqlənmir. Əsas fərq interfeys və loqo nişanında özünü göstərir. Yeni Skype tətbiqetməsinin interfeysi tamamilə Windows Phone 8 dizaynına uyğunlaşdırılıb. Loqo nişanı isə digər nişanlar kimi kiçildilə, yaxud böyüdülə bilir. Bu ölçü dəyişmə özəlliyi Windows Phone 8 əməliyyat sisteminə məxsusluğu ilə seçilir.

Skype şirkətinin rəsmi səhifəsindəki təqdimata nəzər salın.