Windows Live Messenger artıq Skype-da

Microsoft 8 apreldə bağladığı Windows Live Messengeri artıq Skype üzərindən təqdim edir. Yəni MSN-dəki dostlarınızı tapmaq istəyirsinizsə, Skype-dan istifadə etməyiniz lazımdır.
Məşhur səsli və videolu görüşmə proqramı Skype, Windows Live məlumatları ilə yeni hesab açmağınıza imkan verir. Bu sayədə Skype və Microsoft hesabınızı bir araya gətirə bilər və eyni anda istifadə edə bilərsiniz . Microsoft 8 apreldən etibarən bütün Windows Live istifadəçilərinin Skype hesablarını yeniləmələrini təklif edir.
Skype-ı ilk açdığınızda Microsoft vasitəsi ilə hesab açma seçiminə e-poçt ünvanını və parolunuzu yazaraq daxil olun. Hal-hazırda bir Skype hesabınız varsa, Microsoft hesabınıza Skype hesabınızla qoşula bilərsiniz.