Windows 8.1 gəlir

Windows 8.1-in ilkin versiyası Microsoft tərəfindən qəbul olunub. Wired Business Conference-da danışan Windows rəhbəri Julie Larson-Green, yenilikləri hər kəsə açıq ilkin versiyanın iyun ayında yayımlanacağını təsdiqlədi.

Windows 8-ə yeni fərdiləşdirmə variantları, yeni proqramlar və Windows 8 interfeysinə xüsusi bir fayl idarəçisi gətirən Windows 8.1-in (kod adı “Blue”) müxtəlif strukturları, indiyə qədər dəfələrlə sızmışdı.

Bu vaxt Larson-Green Microsoftun yeni təchizatları haqqında da danışdı və bu təchizatların “bir neçə həftə içində” ortaya çıxacağını söylədi. Larson-Green bəhs etdiyi “təchizatın” bir müddətdir dedi-qoduları gəzən daha kiçik Windows 8-li tabletlər olması gözlənilir. Start menyusu haqqında da danışan Windows rəhbəri, menyunun geri dönməyəcəyini söylədi. Bununla birlikdə Larson-Green, Start düyməsinin geri dönüb dönməyəcəyi mövzusuna toxunmadı. Bu səbəbdən üzərinə basıdığımızda bizi Windows 8-in daxili ekranına istiqamətləndirən bir “başla düyməsini” masaüstündə görmə ehtimalımız hələ də var.