“Win Phone 2” müsabiqəsi çərçivəsində ilk seminar keçirildi

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Win Phone 2” müsabiqəsinin seçim tutu artıq arxada qalıb.

3 fervral 2013-cü il tarixində “ISR Plaza”da  Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin təqdimatı və ilk seminar məşğələsi keçirilib.

Seminarda “Bakcell” şirkətinin nümayəndəsi Aleksandr Atamanov, MobiTel Nokia Akademiyasının baş təlimçisi Nurana Əliyeva, “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov developerlər üçün tədqiq etmədə əsas istiqamətlər, “WP8 və Nokia Lumia-nın yeni modelərin xüsussiyətlərinin barəsində ətraflı məlumatlarla çıxış ediblər.

“Win Phone 2″ müsabiqəsinin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan”Win Phone 2” adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif  problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
Hackathon2

Ellada Mustafayeva