WhatsAppdan şayiələrə cavab

Son günlərin ən çox danışılan mövzularında biri də WhatsAppın Google-a satılacağı ilə bağlı şayiələr idi. Hətta danışıqların uzun müddətdir ki, davam etdiyi və Google-nin son təklifinin 1milyard dollar olduğu da bildirilirdi.

WhatsApp-ın İş Təkmilləşdirmə direktoru Neeraj Arora verdiyi açıqlamada hazırda WhatsApp-ı satmağı düşünmədiklərini, bütün bunların sadəcə br şayiə olduğunu, eyni xəbərlərin bir müddət əvvəl Facebookla bağlı çıxdığını da bildirdi.

WhatsApp hazırda dünyanın ən məşhur mesajlaşma xidmətlərindən biridir. Apple Store-da 0.99 dollara satılan tətbiqetmə, Androiddə isə illik 0.99 dollarlıq üzvlük haqqı ilə ilə istifdə edilə bilir.