WhatsApp yeniləndi

WhatsApp yeniləndi

Ötən ay test mərhələsində olan bir sıra funksiyalar artıq Android və iOS üçün nəzərdə tutulmuş WhatsApp tətbiqində yayımlandı. Yeni WhatsApp sizə istənilən növ faylı göndərmək imkanı verir. Bu o deməkdir ki, siz Android APK, MP3 və s. faylları asanlıqla WhatsApp vasitəsilə göndərə biləcəksiniz. Bu xüsusiyyət masaüstü WhatsApp tətbiqi və veb versiyada da istifadəyə verilib.

Bundan savayı yeni versiyada şəkilləri və videoları foto çəkiliş ekranından birbaşa seçmək mümkün olacaq.

Yaxın gələcəkdə WhatsApp istifadəçilərə bir-birinə ödəniş göndərmək imkanı verəcək. Bu yenilik ilk olaraq Hindistanda istifadəyə veriləcək. Ümid edirik tətbiqin bu və digər yeniliklərini biz də çox gözləmərik.