Whatsapp taxtından endirilir

iPhone-ların ən məhşur tətbiqetməsinin dövrü bitir deyəsən.

Dünyanın ən məşhur anında mesajlaşma xidməti olan Whatsapp-dan sonra yaranan Messageme tətbiqetməsi sürətlə yayılır. Belə ki, Messageme son bir neçə gündə App Store-da ən çox yüklənən tətbiqetmədir.

Whatsapp-dan fərqli olaraq pulsuz olaraq yüklənə bilən Messageme tətbiqetməsindən e-mail və Facebook hesabınızdan qeydiyyatdan keçə bilərsiniz. BBM (BlackBerry Messenger)  sistemi ilə işləyən Messageme-də dostlarınızla danışmaq üçün PİN kodunuzu paylaşmaq lazımdır. Bu şəxsi 4 rəqəmli kodunuzu paylaşdığınız dostlarınız sizi Messageme-ə əlavə etdikdən sonra artıq dostlarınızla söhbət edə bilərsiniz.

iOS istifadəçiləri üçün ayrıca xüsusiyyətləri də olan Messageme ilə iTunes vasitəsilə dostlarınıza xoşladığınız musiqiləri, şəkil, səs yazımı göndərə bilərsiniz.

Messageme Whatsapp-dan fərqli olaraq tabletlərdə də işləyə bilir, bununla da Whatsapp-dan bir addım öndədir və 7 mart-dan etibarən həm  iOS həm də Android platformaları üçün nümayiş olunur. Xüsusilə son günlərdə artan PİN kodu paylaşımları tətbiqetmənin sürətlə yayıldığını göstərir.