WhatsApp söhbətləriniz təhlükədədir

Milyonlarla insan tərəfindən istifadə olunan, istifadəçi sayına görə demək olar ki, Twitteri də keçən WhatsApp uzun müddətdir sahib olduğu təhlükəsizlik problemləri ilə önə çıxan tətbiqetmədir. SMS əvəzinə pulsuz mesaj göndərməyə üstünlük verənlərin seçimi olan WhatsApp hal-hazırda yeni bir məxfilik problemi ilə qarşımızdadır.

WhatsApp, mesajlarınızı və kontaktlarınızı telefon nömrənizlə uyğunlaşdıraraq işləyir. Bunun nəticəsində də SIM kartınızı başqa bir telefona taxdıqda yeni telefonda keçmiş məlumatlarınızı əldə edə bilirsiniz. Lakin bəzi hallarda bu, bütün mesajlarınızın və əlaqə məlumatlarınızın başqasının əlinə keçməsinə şərait yaradır.

Neowin.net-in verdiyi məlumata görə, artıq işlətmədiyiniz və bağladığınız xətt/telefon nömrəsi başqa şəxs tərəfindən istifadə olunursa, bütün mesajlarınız və kontaktlarınız onun telefonunda görünür. Neowin forumundan bir istifadəçi yeni telefonunda istifadə etdiyi xəttin əvvəlki sahibinin bütün mesajlarını görə bildiyini qeyd edir. WhatsApp mütəxəssisləri problemi həll edənə qədər  buna mane olmağın yeganə yolu isə xəttinizi bağlamadan əvvəl WhatsApp hesabınızı silməkdir.