WhatsApp iOS yeniləndi!

Dünyanın ən çox istifadəçiyə malik mesajlaşma proqramı WhatsApp yeniləmələrinə davam edir.

Yeniləmə ilə birlikdə 2.16.8 versiyasına yüksələn WhatsApp-da həmişə olduğu kimi proqramdakı səhvlikləri aradan qaldırıb və göstəricilərini artırıb.

Belə ki, artıq WhatsApp daha sürətli işləyir. Eyni zamanda, səsli zəng zamanı qarşı tərəfdən zənginizə cavab gəlmədiyində və ya zənginizə rədd cavabı verildiyində “səsli mesaj göndər” bildirişi ekranda görünür.