WhatsApp-a 2 yeni xüsusiyyət gəlir!

Dünyanın ən çox istifadə ediləm mesajlaşma proqramı WhatsApp istifadəçi dairəsini genişlətmək istiqamətində yeniliklərinə ara vermək fikrində deyil.

Belə ki, tezliklə proqramda bir sıra yeni xüsusiyyətlərin şahidi olacağıq. Bunlardan biri ötən müddətdə təhlükəsizlik ilə bağlı istifadəçilərin şəxsi yazışmalarını şifrələyən WhatsApp-ın proqrama iki mərhələli şəxsiyyət təsdiqləmə sistemini gətirməsidir.

Son yeniləmə ilə birlikdə WhatsApp-da səsli danışıqlarda da yeni bir xüsusiyyətin görəcəyik. Belə ki, əgər səsli zəng zamanı zənginiz cavabsız qalarsa və zəng qarşı tərəfdən rədd cavabı aldıqda “yenidən zəng et” düyməsinə basmaq olacaq.

Daha bir yenilik səsli danışığızı yaddaşda saxlayıb başqa birinə göndərməyin mümkün olmasıdır. Əgər səsli zənginizə cavab verilməsə səsli mesaj göndərmək mümkün olacaq.