WeChatı istifadə etməyə dəyər

WeChat-ı sevməyə dəyər
300 milyon aktiv istifadəçisi olan WeChat artıq həm istifadəçilərinin sayına, həm də rahatlığına görə son vaxtlarda çox məşhurlaşıb. Mobil sosial ünsiyyət xidməti olan WeChatın qısa müddətdə necə bu qədər məşhurlaşdığını bilmək istəyirsinizsə, səbəbləri bunlardır:
1. Pulsuzdur
WeChatın yüklənməsi, qurulması və yüklənməsi tamamilə pulsuzdur. Bu tətbiqetmədən istifadə edərkən lisenziyaların sona çatması və təhlükəsizlik problemi ilə heç vaxt qarşılaşmayacaqsınız.
2. Səsli Söhbət etmək olar
İsmarış yazmaqla yanaşı, həm də uzun ismarışları göndərmək üçün “Danış” düyməsinə basmaqla səsli ismarışlar da göndərmək mümkündür.
3. Görüntülü zəngləşmə mümkündür
Keyfiyyətli görüntülü zəngləşmə WeChatin təqdim etdiyi əlavə bir dəyərli vasitədir. Dostlarınız ilə çox asan bir formada üz-üzə danışa bilərsiniz. Bundan əlavə, online zəng etməni bitirmək üçün səs və video arasında sürətli bir keçid edə bilərsiniz.
4. Yeni Sosial Xüsusiyyətləri var
WeChat digərlərinə nəzərən daha interaktivdir. Əlavələrin tətbiqolunması üçün əlverişlidir. Ən məşhur sosial funksiyalara bunlardır:
Facebooka Bağlan- Facebook profilinizdən istifadə edərək WeChata girməyi təmin edir. Anlar- dostlarınız ilə şəkil və ya mətnlərinizi paylaşmağa imkan yaradır. Ətrafa bax- yaxınınızdakı insanları tapmaq üçün bu funksiyadan istifadə edə bilərsiniz. Web’də WeChat – Kompüter vasitəsilə digər insanlarla danışmağa şərait yaradır.
5. Öz İfadələrinizi yaradın
Əhatəli ifadə yelpiyi ilə WeChat vasitəsilə online portfelindən ifadələr yükləməyə və ya öz telefon albomunuzdan seçim etmənizə imkan verir.
6. İstifadəçi Məxfiliyinə Hörmət
WeChat-da digər ünsiyyət vasitələrindən fərqli olaraq online və ya offline olduğunuzu, “ən son 14:30-da görüldü”-yünüzü və yaxud göndərdiyiniz ismarışın çatıb çatmadığını digərlərinin görməsi mümkün deyil. Əslində ünsiyyətdə olduğunuz şəxs belə sizin nömrənizi görə bilməz.
7. Narahat olunmayın
Məşğul olduğunuz zaman narahat olunmaq istəmirsinizsə, WeChat-da sizə digərlərinin nə isə bir məlumat göndərilməyinin qarşısını alar. Adətən bunu etmək üçün mütləq şəkildə internet əlaqəsini kəsmək lazım olur. WeChat-da isə bu cür problemlərə rast gələ bilməzsiniz. Bununçun sadəcə hesabınızı bağlamanız lazımdır.
8. Sizinlə kimin əlaqə yarada biləcəyini özünüz seçin
Digər ünsiyyət vasitələrində sizin nömrənizi bilən şəxslər sizinlə ünsiyyət qurma imkanına malikdir. WeChat-da isə sizə bir ismarış göndərmədən əvvəl həmin şəxsi təsdiqləməyiniz gərəkdir. Bununla da kimlərin sizinlə əlaqə yarada biləcəyini özünüz seçə bilərsiniz.
9. Şəffaflıq
WeChat məlumat istifadəsi məsələsində statistikalar yarada bildiyinə görə rəqibləri ilə asanlıqla müqayisə edilə bilər.
10. Əlaqələrinizi itirməyin
WeChat gündəlik məsələlərinizi itirdiyiniz zaman geri gətirə bilməyiniz üçün yaddaşa qeyd edir.
WeChat hazırda İOS, Android, Symbian, Blackberry və Windows Mobile ağıllı telefonlar üzərində işləyir və pulsuz olaraq əldə oluna bilən mobil sosial ünsiyyət formasıdır. Tənzimləməni yükləmək və əlavə məlumat üçün www.wechat.com saytına müraciət edə bilərsiniz.