Voxer iPhone və Android Telefonları Üçün

Voxer dostlarla əlaqə yaratmaq üçün ən çox istifadə elədiyim tətbiqetmələrdən biridir. Voxer vasitəsilə yalnız qısa mesaj deyil, həmçinin şəkil, səsli mesaj da göndərmək mümkündür. Yəni “bas-danış” özəlliyinə sahibdir. Voxerdə ən çox sevdiyim özəlliklərdən biri də mesajların qrup şəklində göndərilə və dinlənilə bilməsidir. Həm Android, həm də iOS telefonları üçün pulsuz şəkildə yükləyə və Voxer.com saytından daha ətraflı məlumat ala bilərsiniz.

Voxerin özəllik və üstünlükləri:

– Pulsuz olması
– Qısa mesaj, səsli mesaj, şəkil göndərmə imkanı
– Qrup çat
– WiFi, 3G, 4G və Edgə üzərindən işləməsi
– Səsli mesajların sürətlə oxudula bilməsi
– Facebook dostlarla əlaqə imkanı
– Offline rejimdə səs yazma imkanı