Virtual Oğrunu Evinizdə Zərərsizləşdirin

Mütəxəssislərin virtual dünyanın təhlükəsizliyi ilə bağlı fikirləri marağa səbəb olur.

Bir Amerikan xəbər agentliyinin twitter hesabının oğurlanması və həmin hesabdan yalan xəbərlər yayması media dünyasında böyük əks-sədaya səbəb oldu. Çox qısa bir zaman içərisində xəbərin yalan olduğu ortaya çıxsa da iqtisadi dünyaya böyük təsirləri oldu

Belə bir virtual qurdurluqla qarşılaşdığımız zaman nə etməliyik. Sosial media mütəxəssisləri belə bir vəziyyəti ictimaiyyətlə paylaşılmasını tövsiyə edirlər.

 

136 MİLYARD DOLLAR 3 DƏQİQƏDƏ YOX OLDU

 

“Amerika Associated Press xəbər agentliyi”-nin twitter hesabından ” Ağ Evə hücumu və Obamanın yaralandığı” haqqında məlumatlar yayıldı. Dünya həyəcana büründü. Ancaq çox keçmədən agentin hesabının xakerlər tərəfindən ələ keçirildiyi məlum oldu. Amerika birjası Dow Jones 143 xal itirdi, 3 dəqiqə içində 136 milyard dollar yox oldu.

Oğrunu Evinizdə Tapın

Rumıniyanın ən çox izlənilən xəbər saytının redaktoru Cristian Pantazi, oğrunu evin içində axtarmağın lazımlı olduğu söylədi. Onun fikrincə hesaba girişi olanlar ən təhlükəsiz şəxslər olmalıdır. Ayrıca şifrələr qısa mesaj, ya da elektron ünvan yoluyla paylaşılmalıdır. Hesablara girişi olan biri  çıxış edincə şifrə mütləq dəyişilməlidir. İstənilən halda şifrə gizli və təhlükəsiz bir vəziyyətdə saxlanılmalıdır. Bu cür vəziyyətlə qarşılaşdığınız zaman  hər şeydən əvvəl  ictimaiyyətlə paylaşılmalı, sonra hesabın şifrəsini geri alınması və məlumat oğurluğu şikayətiylə dövlət orqanlarına müraciət edilməlidir.

Cristian Pantazinin fikrinə görə, bu cür halların çox olmasının əsas səbəbi internet saytlarının 100 faiz təhlükəsiz olmamasından irəli gəlir.

 

p