Viber istifadəçiləri diqqətli olmalıdır.

Demək olar ki, bütün Android istifadəçilərinin istifadə etdiyi məhşur tətbiqetmə olan Viberdən mənfi xəbər var. Səsli danışmaq üçün istifadə edilən Viberdə aşkarlanan təhlükəsizlik  problemi cihazınızın kilid ekranını rahatlıqla keçməyə imkan verir. Təhlükəsizlik şirkəti olan BKAV-ın aşkara çıxardığı bu problemdən öz xeyrinizə istifadə edə bilmək üçün sizə içərisinə Viber proqramı yazılmış iki mobil telefon və ekran kilidini açmaq istədiyiniz telefonun nömrəsi lazım olacaq.  Əvvəlcə ekran kilidini qırmağa çalışdığınız şəxsin telefonuna mesaj göndərirsiniz. Bundan sonra kilid ekranında bir xəbərdaredici pəncərə açılır. Həmin şəxsin telefonunda “geri” düyməsinə basdığınız zaman telefonun bütün özəllikləri istifadəolunabilən hala gəlir. Ciddi bir problem olsada bir Viber istifadəçisi üçün narahatçılıq yaradacaq bir hal yoxdur əslində. Çünki bundan istifadə edə bilmək üçün həm sizin telefon nömrənizi bilməlidirlər həm də telefon bundan istifadə etməyə çalışan şəxsin əlində olmalıdır. Lakin dostlarınız və ailə üzvləriniz bu haldan istifadə edə bilərlər.

Viber rəhbərliyi bu haldan xəbərdar olduqlarını etiraf edərək problemin aradan qaldırılmasının üzərində işlədiklərini qeyd ediblər.