Vertu mobil telefonları

Vertu son günlərini yaşayır?

Bir çox smartfon və mobil telefon istifadəçisinin əlçatmaz saydığı lüks Vertu mobil telefonları Nokia şirkəti tərəfindən 1998-ci ildə yaradılmış Vertu şirkəti son illərdə satış və maliyyə çətinliklər yaşayır. Lüks mobil telefonlarını minlərlə, hətta on minlərlə manata satan Vertu şirkətinin ömrünü başa vurmağa çox yaxın olduğu müzakirə olunur.

Şirkətin satışlarının getdikcə azalmasının əsas səbəbi kimi Apple şirkətinin iPhone modellərində lüks dizayn elementlərinə önəm verməsi göstərilir. Ehtimal verilir ki, iPhone modellərinin lüks hissiyatla yanaşı önəmli funksionallıqlar və texniki parametrlərlə müştərilərin həyatına qatdığı əlavə dəyər nəticəsində Vertu mobil telefonlarına daha az müraciət olunur.

Vertu şirkətinin 200-dən çox iş yerini ixtisar edəcəyi gözlənilir. Şirkətin türkiyəli sahibi Hakan Uzan maliyyə böhranını aradan qaldırmaq üçün cəhd etsə də bu istiqamətdə uğurlu ola bilməyib. Hakan Uzan şirkəti xilas edəcəyinə çox inanır və vədlər verir. Lakin biznes analitikləri bu xilası zəif ehtimal sayırlar.