Uşaqlarınızın Telefonu Üçün Ən Yaxşı Valideyn Nəzarəti Proqramları

Övladınızın hansı telefon markasından – Android , Blackberry, Apple istifadə etməsindən asılı olmayaraq onların internet təhlükəsizliyinin təmin edilməsi üçün kifayət qədər proqram vasitələri var.

Vodafon qoruyucusu
Vodafonun xüsusi proqramı ödənişsizdir və istifadə üçün asandır. Proqram valideynlərə uşaqların telefonlarında müxtəlif təhlükəsizlik tədbirləri görmək- onlara kimin zəng edib-etməyəcəyini , mesaj yollayacağını müəyyənləşdirmək, Bluetooth istifadəsi və yükləmələrə nəzarət kimi imkanları verir. Əgər proqramı silməyə cəhd edilərsə və ya mütəlif proqramlar vasitəsi ilə qarşısı alınmağa çalışılarsa sizə bildiriş göndərilir . Valideyinlərə uşaqarın telefonlarını idarə etmək imkanının verilməsi eyni zamanda onların aylıq mobil rabitə xərclərindən şoka düşməsinin bir növ qarşısını alır.

MobilMinder
MobilMinder valideyin nəzarətinə hərtərəfli həll imkanı verən Android proqramıdır. Pu proqram övladınızın 24 saat ərzində haralarda olması, zənglərin müddəti də daxil olmaqla bir sıra məsələlər barədə seçdiyiniz xüsusi açar sözlər vasitəsilə ilə sizə məlumat verir.
Bununla yanaşı onun hansı veb saytları ziyarət etməsi də göstərilir, beləliklə siz asanlıqla uşaqların uyğunsuz informasiyaları izləyib-izləməməsini aşkar edə bilərsiniz.

Telefon Şerifi
Telefon Şerifi iPhone üçün nəzərdə tutulan tətbiqetmə olmaqla sizə günün müəyyən saatlarında müəyyən informasiyaları blok etmək imkanı verir. Bu zaman zəng etmək və ya zəngi qəbul etmək imkanlarını ya gecə , ya gündüz ya da özünüzün münasib bildiyi vaxta təyin edə bilərsiz. Telefon Şerifi vasitəsi ilə həm də hər hansı nömrədən zəng və ya mesaj gondərilməsinin qarşısını almaq mümkündür.
Əlavə olaraq, bu proqram vasitəsilə də uşaqların hansı saytları ziyarət etməsi və GPS vasitəsilə harada olduqlarını müəyyən edə bilərsiz.

Blackberry valideyin nəzarəti.
Blacberry smartfonları üçün dizayn edilmiş bu proqram istifadəyə asan olmaqla uşaqların həm Blacberry Messengerə, həm də internetə çıxış imkanlarını tənzimləmək və ya məhdudiyyət qoymaq imkanı verir.
Blackberry valideyin nəzarəti eyni zamanda kameranın şəkil və ya video çəkmək kimi funksiyalarını nizamlamaq üçün də istifadə edilə bilər.

Android Telefon nəzarəti
Android istifadəçiləri üçün nəzərdə tutulan digər tətbiqetmə olan Telefon Nəzarəti övladınızın bu telefonu ilə həyata keçirdiyi hər bir əməliyyatı üzə çıxarmağa imkan verir. Proqram bir növ “görünməz” fəaliyyət göstərir, hətta işarəsi belə ona görünmür. Telefon Nəzarəti sizə gələn və gedən bütün mətn mesajlarını , şəkillər, kontakt sihayısı, zənglər, eyni zamanda, nə vaxt harada olması barədə məlumatı göndərir.

Net Nanny 2.0
Android üçün nəzərdə tutulan Net Nanny valideyinlərə aydın və asan istifadəçi interfeysi təklif etməklə sizə uşaqlarınızın hansı internet saytlar və tətbiqetmələrdən istifadə edib-etməyəcəyini tənzimləmək imkanı verir. Net Nanny köməyilə valideyinlər saytları qumar oyunlarından porno və küfrlərə qədər 18 müxtəlif kateqoriyada kilidə sala bilər. Həmçinin, saytlara xəbərdarlıq yerləşdirə və ya tamamilə əngəlləməklə proqramın qadağan olunmuş saytlara daxil oldmaq cəhdlərinə necə cavab verəcəyini seçə bilərsiz.