Ucuz iPhone ikinci rübdə işıq üzü görəcək

İnkişaf etməkdə olan ölkələri sürətli templə böyüyən bazarı smartfon istehsalçıları üçün çox cəlbedici gəlir. Apple şirkəti bu şansı əldən verib yan keçə bilməz, bu səbəbdən 2013-cü ilin ikinci rübündə hamının almağa imkanı çatacağı yeni bir iPhone modeli çıxacaq. Bu haqqda satıcı şirkətə dayanaraq DigiTimes resursu məlumat yayıb.

Resursun verdiyi məlumata görə, iPhone smartfonunun ucuz model artıq var və çoxdan test olunmaqdadır. Məlumata əsasən, iPhone 5-düymlu ekrana sahib olacaq və Çin bazarına hədəflənmişdir. Həmçinin o da məlumdur ki, yeni cihaz bahalı modellərindən xarici görünüşünə görə çox fərqlənəcək.

Yeni iPhone smartfonunun əsasında Snapdragon (MSM8960 və ya APQ8064) platforması olacaq. Bu ucuz büdcəli yeni iPhone versiyasının qiymətini kifayət qədər aşağı salmaqda yardımşı olacaq. Bu məlumat bir daha 2012-ci ilin dekabr ayının sonlarında gəzən, kütlə üçün çıxacaq iPhone haqqında şayələri təsdiqlədi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *