Uçan siçan

Son texnologiyanın tədricən siçandan bizi uzaqlaşdıraraq toxunmalı ekranlara yönləndirdiyi bir vaxtda, yaradılan The Bat adlı siçan çox qəribədir. O uçur!

Səthdən təxminən 10 mm yüksəklikdə qala bilən siçan istifadə edilməyəndə 30 mm-dən daha yüksəkdə qala bilir. Magnitlər sayəsində The Bat siçanının havada qalmasını təmin edən sistem Kibardin Design tərəfindən yaradılmışdır. Lakin məhsulun var olduğunu yaxud havada qala bildiyini dəqiq olaraq söyləmək mümkün deyil. Çünki məhsulun sadəcə şəkilləri internetdə yayımlanıb.

Uçan siçan nəyə yarayacaq?

Kibardin Design-ın məhsulu təkmilləşdirməsindəki ən önəmli məqam əl biləyi sindromu (carpal tunnel syndrome) olaraq bilinən bilək xəstəliyinin qarşısını almaqdır. Günlük iş rejimində siçanı həddindən artıq istifadə edən milyonlarla insanın başına gələn bilək ağrıları xəstəliyə çevrildikdə barmaqlarda və ovuc  içinin barmaq tərəfində ağrı, keyimə və yaxud gücsüzlük meydana gələ bilər. Bu xəstəlik irəlilədikdə bilək və əl əzələlərinin getdikcə zəifləməsinə səbəb olur.